Dünya

  • 1 648

"Xiaomi" yeni bir addım atıb - FOTO

image

"Apple" ilə böyük rəqabəti ilə tanınan "Xiaomi" yeni bir addım atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, elektrikli avtomobillərin istehsal tarixini verən şirkət, dizaynı və xüsusiyyətləri ilə illərdir avtomobil istehsal etməyə çalışan "Apple"a rəsmi olaraq meydan oxuyub.

Dünya illərdir "Apple"ın "iCar"ını gözləyərkən, "Xiaomi" elektrikli avtomobil sənayesində böyük bir sıçrayış edib. Bir müddətdir elektrikli avtomobil sənayesində iştirakı ilə bağlı mediada sızmalar olsa da, "Xiaomi" nəhayət açıq formada bir açıqlama verib. Elektrikli avtomobil üçün 10 milyard dollarlıq bir sərmayə ayırdığını elan edən, "Xiaomi" avtomobilin təqdimat tarixini verib. Elektrikli avtomobil sənayesinə daha geniş bir prizmadan baxaraq "gələcəkdən gələn" vasitəsi üzərində işləyən "Xiaomi", 2024 -cü ilin ilk yarısında avtomobilini təqdim edəcək! Avtomobil sənayesinə başlayan "Xiaomi", istehsal üçün 500 adam çalışdıracağını da açıqlayıb.

"Xiaomi"nin "MIUI" interfeysi ilə əyləncə-məlumat sistemi yaratmağı planlaşdıran avtomobil istehsalında hansı markalarla əməkdaşlıq edəcəyi hələ də bəlli deyil.

Aytac Əliyeva

Digər xəbərlər