PDF Oxu

Dünya

  • 2 155

İtaliyanın sabiq DİN rəhbəri 15 ilədək həbs cəzası ala bilər

İtaliyanın sabiq DİN rəhbəri 15 ilədək həbs cəzası ala bilər

İtaliyanın sabiq daxili işlər naziri Matteo Salvini 15 ilədək həbs cəzası ala bilər. SİA xəbər verir ki, M.Salvini 2019-cu ilin avqustunda Aralıq dənizində 160-dək miqrantı xilas edən “Open Arms” yardım gəmisinin günlərlə limana yanaşmasına icazə vermədiyi üçün mühakimə olunur.
Sabiq nazir “Open Arms” gəmisi ilə bağlı məsələdə, eləcə də qanunu pozmaqda ittiham edilir. O, təqsirli bilinərsə, 15 ilə qədər həbs cəzası ala bilər.

M.Salvini Siciliya adasının Palermo şəhərində keçirilən məhkəmədə ölkənin sərhədlərini qorumağın hər kəsin borcu olduğunu və onun öz vəzifəsini yerinə yetirdiyini deyib. Məhkəmə növbəti prosesin dekabrın 17-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, “Open Arms” gəmisi yalnız 19 gün sonra məhkəmə qərarı ilə İtaliyanın Lampedusa adasına yan ala bilmişdi.

M.Salvininin rəhbərlik etdiyi “Lig” partiyası və “5 Ulduz Hərəkatı”nın yaratdığı koalisiya hökuməti 2018-ci ilin iyunundan 2019-cu ilin avqustuna qədər hakimiyyətdə olub. O, Baş nazirin müavini və daxili işlər naziri vəzifələrini icra edib.

Digər xəbərlər

Yuri Felştinski: Avropa sürpriz edə bilər...
Yuri Felştinski: Avropa sürpriz edə bilər...

Ukrayna ətrafında vəziyyət dəyişir...

Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var
Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var

Bu, dəniz blokadası səbəbindən Çindən İrana quru yolu ilə malların daşınması ilə əlaqələndirilir...

Britaniya mühafizəkarları Trampdan uzaqlaşırlar...
Britaniya mühafizəkarları Trampdan uzaqlaşırlar...

Endi Burnhem Londonun mövqeyini Vaşinqtona köçürəcək...

Rusların qorxduğu ukraynalı “çöl qurdları” kimlərdir?
Rusların qorxduğu ukraynalı “çöl qurdları” kimlərdir?

Ordu üçün çox köhnədir, amma müharibə üçün deyil...

24 Noyabr 20:02
Şok rəqəmlər...

Putin Pokrovskda Stalinin Berlinə hücum zamanı yerləşdirdiyi hərbçidən daha çox əsgər yerləşdirdi...

Krım körpüsü Rusiyaya üçqat zərbə endirib
Krım körpüsü Rusiyaya üçqat zərbə endirib

Bir yıxılan tağ iqtisadiyyata, logistikaya və Putinin imicinə zərbə vurdu...

“Yeni Yalta”nın ilk və son günləri...
“Yeni Yalta”nın ilk və son günləri...

Yoldaş Si Putinə ağlabatan davranış aşılamaq üçün bütün lazımi vasitələrə malikdir...

Mən rusların isteriyasından razıyam
Mən rusların isteriyasından razıyam

Və indi də deyirlər ki,..“Merkuri” Rusiya Qara Dəniz Donanmasının ən yeni və texnoloji cəhətdən inkişaf etmiş korvetlərindən biri idi...