Son həftələrdə koronavirus hadisələrinin sayının kəskin şəkildə azaldığı Yaponiyanın Vakayama prefekturasının rəhbərliyi tərəfindən aparılan araşdırma virusun yaratdığı riski ortaya çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər ölkədə testi müsbət çıxan 5169 nəfəri müayinə edərək, onlardan 1199-da test zamanı virusun onlarda heç bir əlamət göstərmədiyini anlayıb. Heç bir əlaməti olmayan xəstələrdən 331-də, yəni təxminən hər dörddə birində sonradan pnevmoniya diaqnozu qoyulduğu, 76 nəfərdə isə oksigen terapiyası tələb edən ciddi simptomların olduğu müəyyən edilib.
Qrupdan 20 nəfərin həyatını itirdiyi bildirilib. Araşdırmanın asemptomatik xəstələrin belə ciddi sağlamlıq riski altında ola biləcəyini ortaya çıxardığını qeyd edən mütəxəssislər, insanların sağlamlıq vəziyyətindəki dəyişiklikləri ilkin mərhələdə aşkar etməyin vacib olduğunu vurğuladılar. Sürətli diaqnoz və müdaxilənin həyatını xilas edə biləcəyi ifadə edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...