PDF Oxu

Dünya

  • 1 297

Romada G20 Liderlər Zirvəsi başlayıb

Romada G20 Liderlər Zirvəsi başlayıb

İtaliyanın paytaxtı Romada G20 Liderlər Zirvəsi işə başlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, dünyanın öndə gedən 20 böyük iqtisadiyyatının liderləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi zirvə toplantısı üçün Romada olan Türkiyə prezidenti Ərdoğanı İtaliyanın baş naziri Mario Draqi qarşılayıb.

Romadakı Nuvola Konqres Mərkəzində keçirilən G20 Liderlər Zirvə Toplantısına ev sahibliyi edən İtaliyanın Baş naziri Mario Draqini qonaqları qarşıladıqdan sonra açılış edib. Draqi prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla qonaqları bir-bir qapıda qarşılayıb.

Onu da qeyd edək ki, sammitdə epidemiya zamanı iqtisadiyyatın bərpası, peyvənd kampaniyası və epidemiya dövründə sağlamlıqla bağlı mühüm hadisələr müzakirə olunacaq.

Digər xəbərlər