G20 sammitinin ilk işçi sessiyasında Avropa Şurasının rəhbəri Çarlz Mişel növbəti pandemiyaya hazırlaşmaq çağırışı edib. SİA xəbər verir ki, bu barədə Aİ-dəki mənbə jurnalistlərə bildirib.
"Biz gələcək pandemiyalara hazırlaşmalıyıq. Geniş şəkildə dəstəklənən pandemiya müqaviləsi, daha yaxşı məlumat mübadiləsi, pandemiyaların daha yaxşı aşkarlanması və müvafiq həll yollarının tapılması üçün çərçivə bizə beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan verəcək", deyə Çarlz Mişel qeyd edib.
Avropa Şurasının rəhbəri koronavirusa qarşı vaksinlər mövzusuna da toxunub. Onun fikrincə, G20 ölkələrinin bu vaksinlərin bütün dünyada yayılmasında həm mənəvi öhdəlikləri, həm də kollektiv iqtisadi marağı var. O qeyd edib ki, Afrikada əczaçılıq potensialının və peyvənd istehsalının inkişafının dəstəklənməsi vacibdir, həmçinin iqtisadi problemlərlə üzləşən ölkələrə yardımın davam etdirilməsi lazımdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...