Yaponiyanın geniş ərazilərində həftə ərzində hökm sürən isti havanın bazar günü daha da güclənəcəyi gözlənilir. SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, istirahət günlərində ölkənin qərb və şərq ərazilərini əhatə edən yüksək hava təzyiqi nəticəsində termometrlərin civə sütunu kəskin artıb.
Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano prefekturasının Ueda şəhərində gündəlik maksimum temperatur 38,8 dərəcə, qərbdə yerləşən Kiotoda isə 38,6 dərəcə selsiyə bərabər olub.
Artıq səkkiz gündür ki, Tokioda havanın temperaturu 35 dərəcədən yuxarı qalxır.
Yaponiyanın qərbində və şərqində bazar günü buludlu havanın olacağı və yağış yağacağı proqnozlaşdırılsa da, temperaturun həmin həddə qalacağı bildirilir.
Müharibə 2022-ci ildən bəri necə dəyişib...
Alimov BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək...
Söhbət artıq qeyri-rəsmi pərdəarxası müzakirələrdən kənara çıxır...
Artıq hər şeyin harada və nə vaxt başlayacağı məlumdur...
Rusiya hərbi müxbirləri qarşıdan gələn məğlubiyyəti gözləyərək donub qalıblar...
Ukraynadakı çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün…
Rusiyada 1,5 milyon işçi çatışmazlığı var...
Dronların geniş istifadəsi Ukrayna Silahlı Qüvvələrinin əsas silahına çevrilib...
Hətta Rusiyada belə insanlar diktaturanın nə qədər baha başa gəldiyini anlamağa başlayırlar…
Con Heli Estoniyadan qayıdırdı…