Ukraynalı qaçqınlar Diia.pl elektron sənədi ilə Avropa İttifaqının (Aİ) sərhədlərini keçmək hüququ əldə ediblər. SİA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
“Polşa Avropa Komissiyasına ukraynalı qaçqınlar üçün keçərli olan elektron sənəd - Diia.pl sənədi barədə məlumat verib. Bu sənəd onların Polşada qanuni qalmasını təsdiqləyir və onlara Aİ daxilində səyahət etmək, eləcə də onun xarici sərhədlərini keçmək imkanı verir. Bu, Aİ-də ilk tam rəqəmsal yaşayış icazəsidir”, - məlumatda deyilir.
Rəsmi elandan sonra Ukrayna vətəndaşında və ya başqa bir əcnəbidə (Polşa ərazisində qalması Ukraynadakı silahlı münaqişə ilə əlaqədar Ukrayna vətəndaşlarına yardım haqqında qanuna uyğun olaraq qanuni sayılan) olan Diia.pl elektron sənədi Aİ-nin xarici sərhədini keçmək üçün etibarlı səyahət sənədi ilə birlikdə istifadə edilən yaşayış icazəsi kimi çıxış edəcək. O, həmçinin istənilən 180 günlük müddət ərzində 90 günlüyə Şengen zonası daxilində hərəkət etməyə də imkan verir.
Cari tədris ilində mövcud proqramlar çərçivəsində rus dili müəllimlərinin sayı təxminən 200 nəfərə çatıb…
Ən yaxşı təbliğatçı qəpiksiz qalacaq...
Ukraynanın cavabı aydındır...
Britaniyalı jurnalist Avropanı Rusiyadan qorumaq üçün NATO təlimlərində iştirak edib...
“Rəsmilər əminliklə deyə bilərlər ki, rusların və Putinin bununla heç bir əlaqəsi yoxdur...”
Manevrlərdə xüsusi əməliyyat qüvvələrinin dəniz qrupundan yüzlərlə hərbçi iştirak edib...
Kreml büdcələri rekord xərclər təşkil edir...
Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...