PDF Oxu

Dünya

  • 13 432

İtaliyaya 10 milyard kubmetr təbii qaz göndəriləcək

image

Əlcəzairin Energetika Nazirliyi ilin sonuna qədər İtaliyaya əlavə 10 milyard kubmetr təbii qaz göndəriləcəyini açıqlayıb. SİA xəbər verir ki, Əlcəzairin rəsmi agentliyi APS-in məlumatına görə, nazirlikdən verilən açıqlamada, Əlcəzairin bu günə qədər 17,8 milyard kubmetr qaz tədarük edərək İtaliyaya olan öhdəliklərini yerinə yetirdiyi və Əlcəzairin İtaliyaya ilk qaz tədarükçüsü mövqeyini gücləndirdiyi vurğulanıb və İtaliyanın əlavə qaz alacağı qeyd edilib. Əlcəzair prezidenti Əbdülməcid Tebbun iyulun 18-də ölkəsinin İtaliyaya təbii qaz nəqlinin həcmini artıracağını açıqlayıb. Əlcəzair İtaliyaya təbii qazı İtaliyanın Siciliya adasını Tunis vasitəsilə Əlcəzairə birləşdirən və ildə 32 milyard kubmetr maksimum nəql gücünə malik Trans-Aralıq dənizi boru kəməri ilə təmin edir.

sia.az

Digər xəbərlər

Özbəkistanda rus dili müəllimlərinə ehtiyac var

Cari tədris ilində mövcud proqramlar çərçivəsində rus dili müəllimlərinin sayı təxminən 200 nəfərə çatıb…

Kreml Solovyovu sıfırlayır..?

Ən yaxşı təbliğatçı qəpiksiz qalacaq...

“Bu, bütün dünya üçün bir nümayişdir...”

Britaniyalı jurnalist Avropanı Rusiyadan qorumaq üçün NATO təlimlərində iştirak edib...

Astana niyə giriş icazələri tətbiq edir?

“Rəsmilər əminliklə deyə bilərlər ki, rusların və Putinin bununla heç bir əlaqəsi yoxdur...”

Britaniya Rusiyanın “kölgə donanmasına” qarşı təlimlər keçirib

Manevrlərdə xüsusi əməliyyat qüvvələrinin dəniz qrupundan yüzlərlə hərbçi iştirak edib...

“Putinin psixiatra ehtiyacı var”..?

Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...