Almaniya kansleri Olaf Şolz İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Almaniyanı hədələməsinə sərt reaksiya verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şolz həftəlik videomüraciətində, "Eşitdim ki, İran xarici işlər naziri Almaniyanı bizim münasibət və hərəkətlərimizin nəticələri ilə hədələyir. Mən ancaq Tehran administrasiyasına deyə bilərəm: "Öz vətəndaşlarına atəş açan hansı hökumətdir? Kim bu şəkildə hərəkət edərsə, dirənişimizi gözləyə bilər." ifadələrdən istifadə etmişdir.
Almaniyada nümayişçilərə və İran əsilli vətəndaşlara müraciət edən Scholz, "İnsan haqları və qadın haqları üçün tələb etdiyiniz hər şeyin arxasındayıq. İran xalqının yanındayıq" deyib. Almaniya kansleri İranda Məhsa Eminin ölümündən sonra insanların Emini və digərləri üçün təxminən iki aya yaxın küçələrə axışdığına diqqət çəkib. Məsələnin geyim tərzi olmadığını ifadə edən Scholz, "İranda hamı daha çox azadlıq və ədalət üçün küçələrdə mübarizə aparır" deyib.
Bunun nə qədər cəsarət tələb edəcəyini təsəvvür belə edə bilmədiklərini qeyd edən Scholz, Almaniyadakı yüz minlərlə iranlının İrandakı ailə üzvlərindən narahat olduğunu və hər gün onlara çatan görüntülərdən şoka düşdüklərini bildirib.
İrəvan strateji kursu ilə bağlı qərarını verib...
Keçmiş MKİ direktoru Ukraynanın uğurlarından danışıb...
ABŞ strategiyası yalnız hərbi əməliyyatlarla məhdudlaşmamalıdır...
Vaşinqton 2028-ci ilə qədər insanları Aya qaytarmağa ümid edir…
Latviya 2026-cı ildə sərhədi keçmə cəhdlərinin qarşısını almaq üçün yeni gündəlik rekord müəyyənləşdirib...
Ruslar hökumətin gözlədiyindən daha sərt reaksiya verirlər...
Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...
Polkovnik xilas edildi, amma onun adı açıqlanmayıb...
Ukrayna Silahlı Qüvvələri Putini sülhə məcbur etmək üçün daha bir addım atıb...