Mədəniyyət

  • 5 362

“Abşeron ritmləri” filminin elektron versiyası hazırlanıb

image

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır. Bu barədə Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımov məlumat vermişdir. "Abşeron ritmləri" film-konserti 1970-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmişdir. Filmin rejissoru - Eldar Quliyev, operatoru - Rasim Ocaqovdur. Film İmran Qasımovun ssenarisi əsasında çəkilmişdir.Filmə Azərbaycanın məşhur ifaçıları Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu və başqalarının konsert proqramları daxil edilib.

Digər xəbərlər