İqtisadiyyat

  • 3 593

Səlim Müslümov: “Artıq müvafiq qurumların təklifləri nəzərə alınıb”

image

"Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq". SİA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, qeyri-rəsmi məşğulluq məsələsinin həlli tək bir nazirliyin fəaliyyət sahəsinə aid deyil: "Müxtəlif orqanlar tərəfindən bu istiqamətdə ümumi tənzimlənmə və koordinasiya məsələlərinə ehtiyac olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Baş nazirin müavininin başçılığı ilə komissiya yaradıb. Həmin komissiyaya daxil edilmiş orqanlardan biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında tənzimlənmə funksiyasını həyata keçirən orqandır".Nazirin sözlərinə görə, hazırda proses yekunlaşmaq üzrədir: "Komissiyanın katibliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşir. Artıq müvafiq qurumların təklifləri nəzərə alınıb. Tədbirlər planı bütün əmək sferasında mövcud olan əmək münasibətlərini, onların tənzimlənməsi və koordinasiyasının bütün məsələlərini əhatə edib. Həmin tədbirlər planı içərisində əmək müfəttişliyinin potensialının artırılması müddəaları da qoyulub. Əmək müfəttişliyinin hansı istiqamətdə gücləndirilməsi, hansı çalarların burada öz əksini tapması çox vacib məsələlərdir".

sia.az

Digər xəbərlər