Siyasət

  • 2 571

Qusarda görkəmli alim Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunmuş konfrans keçirilib

image

Qusar rayon Mərkəzi Xəstəxanası və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı ilə birlikdə akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Qusar rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətin üzvü Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev, rayon ictimaiyyətinin nümayəndələri,partiya fəalları və həkimlər iştirak edib.
Tədbirdən öncə Ümumilli lider Heydər Əliyev və Zərifə Xanım Əliyevanın xəstəxananın foyesindəki güşəsinə gül dəstələri düzülüb.
Konfransın açılışında Azərbaycan dövlət himni səsləndirilib.
Tədbirdə Milli Məclisin deputatı Azər Badamov çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil həm də bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.
Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev görkəmli akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov isə çıxışında Azərbaycan dövlətinin qurucusu və memarı Ümumilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafına böyük əməyi olduğunu qeyd edib.
Tədbirdə, rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Natəvan Butayeva və həkim oftalmoloq Gülər Musayeva da çıxış edərək görkəmli alim Zərifə xanım Əliyevanın həyatı və ictimai fəaliyyəti haqqında öz fikirlərini söyləyiblər.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən film nümayiş etdirilmişdir.

Digər xəbərlər