Siyasət

  • 1 525

COP29 sülh prosesinin nəticəsidir - ŞƏRH

image

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun daha bir göstəricisidir.Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə evsahibliyi etməsi ölkəmizin və onun liderinin dünyada artan nüfuzundan xəbər verir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

COP29 Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Təbii ki, bu, həm də regionda, Qafqazda, Xəzər hövzəsində, Mərkəzi Asiya regionunda diqqət mərkəzində olmaq üçün bir fürsətdir.Cənab İlham Əliyev dayanıqlı inkişaf və enerji məsələsinə gəldikdə, bildirdi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız gəlirlərin ədalətli şəkildə paylanmasını təmin etmək üçün neft və qaz vəsaitlərini yoxsulluq və işsizlik kimi məsələlərin həllinə yönəltdiyimizi aydın şəkildə göstərir. Enerji əməkdaşlığımıza başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Qaçqınlar arasında bu göstərici 75 faizi ötürdü. Hazırda həmin göstərici 5 faizə qədər azaldılıb. Eyni vəziyyət işsizlikdə müşahidə olunur..Azərbaycanın əsas üstünlüklərindən biri COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərafzilərin coğrafiyası genişlənib. Eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır. Müasir xəstəxanaların, klinikaların, universitetlərin, məktəblərin tikintisi üzrə xüsusi proqram var. Bir sözlə, sosial infrastruktur ən vacib məsələlərdən biridir. Məşğulluğa aid məsələ hər zaman diqqət mərkəzində olub. Çünki əhali artır. İlbəil on minlərlə vətəndaşımız dünyaya gəlir və beləliklə, məşğulluq məsələlərində hər zaman diqqətli olmalıyıq. Dövlətimizin başçısı vurğuladı ki, işsizliyin bu qədər aşağı səviyyədə olması bizi rahat etməli deyil: “Əgər siz inkişaf məsələsini həll etməsəniz, çətin olacaq. Xüsusən də indi - dördüncü sənaye inqilabı zamanı bir çox ixtisas və peşələrə ehtiyac qalmır. Beləliklə, biz ciddi çağırışla üzləşəcəyik. Buna görə biz gənc nəslimizi hələ mövcud olmayan, lakin iki-üç ildən sonra yaranacaq yeni işlərə hazırlamalıyıq.”

COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olmasının, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə davamlı töhfələr verməsinin və onları daha da artırmaq istəyinin təqdimatıdır. Azərbaycan zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq yaşıl enerjiyə keçidin prioritet məsələ olduğunu açıqlayır. Cənab İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən bu məqamlara xüsusi diqqət yönəltdi ki, artıq Azərbaycan 30 ildir beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir.Hazırda Qarabağda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti gedir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər