İqtisadiyyat

  • 3 757

SOCAR iyulda dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödəyib

image

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat və ya 101,4 faiz çoxdur.Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında şirkət büdcəyə 914 milyon 566 min manat vəsait ödəyib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 115,9 faiz çoxdur.Bundan əlavə, bu ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 107,2 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 milyon 251 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 5 milyon 635 min manat və ya 106,9 faiz çoxdur.

AZƏRTAC

Digər xəbərlər