İqtisadiyyat

  • 3 881

Bakıda “Avronest” PA-nın iclası başlayıb YENİLƏNİR

image

Bu gün Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının Milli Məclisi, Avronest Parlament Assambleyasının sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və Birləşmiş Təşkilatinin Azərbaycandakı ofisi tərəfindən təşkil olunub.Konfransda açılış nitqi ilə Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov çıxış edir.Qeyd edək ki, konfransda Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iştirak edirlər.

sia.az

Digər xəbərlər