İqtisadiyyat

  • 4 962

Fındıq bağlarının sahəsi 10 min hektara çatdırılacaq AÇIQLAMA

image

Ölkəmizdə qeyri-neft sektorunun mühüm sahələrindən biri olan kənd təsərrüfatında son dövrlər aparılan islahatlar, qoyulan investisiyalar, həyata keçirilən layihələr bu sahənin inkişafına səbəb olub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb və bir sıra güzəştlər həyata keçirilib. Bu sərəncamlara və tapşırıqlara əsasən kənd təsərrüfatının bir sıra sahələri pambıqçılıq, tütünçülük və findıqçılığın inkişafı ilə bağlı ölkəmizdə xeyli işlər görülməkdədir. Respublikamızda fındıq bağlarının artırılması üçün tədbirlər planı görülür. Xaçmaz rayonu fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul olunub. Rayon üzrə fındıq bağlarının ümumi sahəsi 6303 hektar təşkil edir ki, yaxın illərdə fındıq bağlarının ümumi sahəsinin 10 min hektara çatdırılması nəzərdə tutulur. Bu payız mövsümündə ağacəkmə aksiyası dövründə fındıq bağlarının salınması davam edəcək. Keçən mövsümdə rayon üzrə 5411, 7 ton fındıq məhsul istehsal edilib və bu il fındıqın məhsuldarlığı keçən ildəkindən daha çox gözlənilir. Hazırda məntəqələrdə məhsul qəbulu davam edir və kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Xaçmaz rayonu bağçılıqdan əlavə taxılçılıq rayonu kimi tanınır. Bu günlərdə rayonda taxıl əkini kompaniyası sürətlə davam etməkdədir. Gələn ilin bol məhsulun olması üçün işlərin keyfiyyətinə fikir vermək lazımdır.

sia.az

Digər xəbərlər