İqtisadiyyat

  • 3 183

Sabah “Caspian Ecology 2017” sərgisi işə başlayacaq

image

Sabah Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi işə başlayacaq. SİA-nın xəbərinə görə, 14-16 noyabrda baş tutacaq sərgi 7 ölkədən 53 şirkət iştirak edir. Sərgidə Azərbaycan və Naxçıvan ETSN, Fövqəladə Hallar Nazirliyi, Azərsu, Xəzər Dəniz Gəmiçilliyi QSC, "Təmiz Şəhər" ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, BP, SOCAR, "HAZARDOUS WASTES", "POLYMART", "SOCAR POLYMER" və dünyanın bir çox digər şirkət və qurumları iştirak edəcək.Ümumilikdə, “Caspian Ecology 2017” təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş ediləcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.Sərgi sabah saat 09:45-də başlayacaq.

sia.az

Digər xəbərlər