İqtisadiyyat

  • 4 317

“Expo 2025” dünyaya Azərbaycanın timsalında yeni güc və tolerantlıq təqdim edə bilər AÇIQLAMA

image

“Məlum olduğu kimi, Fransada Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib. Həmin tədbirdə iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin inkişaf etmiş, güclü və qüdrətli dövlət kimi nailiyyətlərini təqdim edib, Bakı şəhərinin isə beynəlxalq tədbirlərin, sərgilərin yüksək səviyyədə keçirilə biləcək mərkəz kimi imkanlarını diqqətə çatdırıb”. Bunu sözləri SİA–ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, 2000-ci ildən “Expo” hərəkatının fəal üzvü olan Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun işinə özünəməxsus töhfələrini verə bilib. Hətta, Azərbaycanın son 3 il ərzində keçirdiyi sərgilərin ziyarətçilərinin sayı üç milyondan çox olub: “Ona görə də, bu gün Avropa və Asiyanın qovuşuğunda yerləşən, sivilizasiyalararası dialoqda əhəmiyyətli rol oynayan Azərbaycan ümumi bərabərliyi, hörmət prinsiplərini özündə əks etdirən unikal birgə fəaliyyət platforması olan Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Sərgisinə ev sahibliyi etməyə mənəvi haqqı çatır. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, beynəlxalq hesabatlardakı yüksək nəticələri, müxtəlif qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, insan kapitalının formalaşdırılmasında yeni model ortaya qoyması, hətta, Sərginin təşkilinə 20 mindən çox könüllünü cəlb etməsi Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisini yüksək səviyyədə təşkil etməsinə tam əsaslar yaradır”.“Bu gün Bakı şəhəri dünyanın inkişaf mərkəzi kimi diqqətdədir və Sərginin paytaxtımızda keçirilməsi haqqında müsbət qərar olarsa, bu, bütövlükdə ölkəmizin perspektiv tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edəcək” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, “Expo 2025” Ümumdünya Sərgisi dünyaya Azərbaycanın timsalında yeni güc, inkişaf, tolerantlıq və multikulturalizm mərkəzi təqdim edə bilər: “Əlbəttə ki, Sərgidə iştirak edəcək ölkələrin, şirkətlərin nümayəndələri bir daha Azərbaycan reallıqları haqqında dolğun və əyani məlumat alacaq, eyni zamanda, Azərbaycanda iş qurmaq, sərmayə yatırmaq istəyən dünya iqtisadiyyatı subyektləri, xarici kompaniyalar üçün əlavə imkanlar yaranacaq. Bununla yanaşı, Azərbaycan öz timsalında dünyaya multikulturalizmin, tolerantlığın nümunəsini təqdim edəcək. Düşünürəm ki, ümumilikdə “Expo 2025” Ümumdünya Sərgisi Bakı şəhərində keçirilərsə, bundan həm dünya ölkələri, həm də Azərbaycan böyük dividentlər əldə edəcək, eləcə də, “Expo 2025” Beynəlxalq Sərgilər Bürosunun tarixinə xüsusi Sərgi kimi həkk olunacaq”.

sia.az

Digər xəbərlər