BTQ-nin istifadəyə verilməsi ilə Bakı Limanında ilk mərhələdə 1 milyon ton yükün aşırılması proqnozlaşdırılır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi ilə Bakı Limanında ilk mərhələdə 1 milyon ton yük aşırılması proqnozlaşdırılır. Növbəti illərdə bu yüklərin daha da artması gözlənilir.

Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın logistika mərkəzinə çevrilməsində xüsusi rol oynayır. Həmçinin, bu layihə Ələtdə tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün də böyük əhəmiyyətə malikdir. Çünki yüklər əsasən yeni Bakı Limanından aşırılacaq.

yap.org.az