İqtisadiyyat

  • 4 268

Göyçayda 14 min 739 hektar sahədə taxıl səpilib

image

Göyçay rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasını uğurla başa çatdırıblar.Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlət qayğısından bəhrələnən kəndli fermerlər ildən-ilə taxıl əkini sahəsini genişləndirirlər. Rayonda bu ilin məhsulu üçün 14 min 739 hektar sahədə taxıl səpini aparılıb ki, bu da əvvəlki illə müqayisədə 122 hektar çoxdur. Taxıl sahəsinin 7409 hektarını buğda, 7330 hektarını arpa təşkil edir.Məlumdur ki, bol məhsulun əsası sağlam, keyfiyyətli və yüksək repreduksiyalı toxumdan başlayır. Buna görə də cari ilin məhsulu üçün rayonda aparılan taxıl səpini kampaniyasında əsasən keyfiyyətli sortlar hesab olunan “Elit-1”, “Qobustan”, “Azəri”, “Aran” “Əzəmətli” buğda, “Qarabağ”, “Cəlilabad-19” arpa toxumlarından istifadə edilib. Həmçinin səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılıb, şum altına gübrə verilib. Səpin optimal müddətdə həyata keçirildiyi üçün və havanın əlverişli olması səbəbindən sahələrdə normal bitiş alınıb. Fermerlər taxıl sahələrindən bol məhsul götürmək üçün erkən yazda əkinlərə aqrotexniki qulluq göstərməyə başlayacaqlar.Ötən il Göyçayda 14 min 617 hektar sahədən 41 min 220 ton taxıl tədarük olunub ki, bu da 2016-cı ildəkindən 4 min ton çoxdur.
AZƏRTAC

Digər xəbərlər