İqtisadiyyat

  • 2 396

18 km uzunluğu olan yol yenidən qurulur

image

Yol infrastrukturunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan infrastruktur layihələri sırasında xüsusi olaraq qeyd olunur. Çünki sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı birbaşa olaraq həmin ərazilərdə yol örtüyünün keyfiyyətindən asılıdır.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı keçirdiyi bütün konfranslarda çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmi xüsusi olaraq vurğulayır.Prezident İlham Əliyevin bu məsələlərdən irəli gələn tapşırıq və sərəncamları nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və hazırda da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkənin dörd bir tərəfində magistral, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.Yerli əhəmiyyətli yolların yenidən qurulması layihələri çərçivəsində Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.Uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu işlər çərçivəsində yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəsinə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi, zəruri yol nişanları, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.Hazırda isə yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğu olaraq isə yol əsasının salınması işləri aparılır. Bu üzdən əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınır. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi işləri də görülür. Yaxın günlərdə isə 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işlərinə də start veriləcək.Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yollarına rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşınmasına imkan yaranacaq.

sia.az

Digər xəbərlər