İqtisadiyyat

  • 2 847

TANAP boru kəməri iyunda istifadəyə veriləcək

image

TANAP boru kəməri bu ilin iyun ayında istifadəyə veriləcək. Bu barədə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.Nazir qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi çox önəmli və dünyaca məşhur layihədir. Bu layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi, ortaya qoyduğu güclü siyasət nəticəsində mümkün olub."Yanvardan etibarən TANAP-a sınaq məqsədilə təbii qaz vurulub. İyun ayında TANAP boru kəməri istifadəyə veriləcək. 2020-ci ildə isə Azərbaycan təbii qazı Avropaya çatacaq və bununla da "Cənub Qaz Dəhlizi" layihəsi yekunlaşmış olacaq", - deyə Berat Albayrak əlavə edib.

sia.az

Digər xəbərlər