İqtisadiyyat

  • 3 228

Birinci rübdə Azərbaycanda 4,4 milyard kubmetr əmtəəlik təbii qaz istehsal edilib

image

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9 milyon 662,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 7 milyard 145,8 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 4 milyard 443,3 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,8 faiz artıb.Birinci rübdə ölkədə neft hasilatı 2,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalıb.
AZƏRTAC

Digər xəbərlər