İqtisadiyyat

  • 3 683

Dövlət Neft Fondunun investisiya portfelinin 69,5 faizi inkişaf etmiş ölkələri əhatə edir

image

Cari il martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı belədir: 41,88 faiz Avropa, 25,65 faiz Şimali Amerika, 24,55 faiz Asiya-Sakit Okean, 2,45 faiz Avstraliya-Yeni Zelandiya, 0,06 faiz Yaxın Şərq, 0,04 faiz Cənubi Amerika və 5,37 faiz isə beynəlxalq maliyyə təşkilatları.AZƏRTAC xəbər verir ki, bu barədə Neft Fondunun 2018-ci ilin birinci rübünə dair investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir.Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 69,5 faizi inkişaf etmiş ölkələr, 25,13 faizi inkişaf etməkdə olan ölkələr və 5,37 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edir.
AZƏRTAC

Digər xəbərlər