Bakıda VIII “Road & Traffic 2018” sərgisi keçiriləcək

İyunun 11-13-də Bakı Ekspo Mərkəzində VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi keçiriləcək.

“Iteca Caspian” şirkətindən bildirilib ki, “Road & Traffic 2018” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road & Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır. “Road & Traffic” - regionun ən böyük ixtisaslaşmış sərgilərindən biridir və sərgi yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edərək, yalnız yol deyil, eyni zamanda, nəqliyyat və tikinti sənayesi ilə məşğul olan mütəxəssislər arasında yüksək qiymətləndirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

yap.org.az