İqtisadiyyat

  • 3 527

2020-ci ildən Azərbaycan qazı Bolqarıstana tədarük ediləcək

image

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işlər sürətlənib". SİA-nın məlumatına görə, bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova mayın 18-də “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə Azərbaycan qazının bu ölkəyə tədarükü məsələsini və Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin tikintisi layihəsinin müzakirəsi zamanı məlumat verilib.Konsorsiumun nümayəndələri bildiriblər ki, “Şahdəniz” konsorsiumu 2020-ci ildən etibarən “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırdır."Onlar əmindirlər ki, Bolqarıstan Azərbaycandan ilk qazı 2020-ci ildə ala biləcək", -deyə məlumatda qeyd olunub.Görüşdə həmçinin, Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd olunub.

sia.az

Digər xəbərlər