Transanadolu qaz kəməri (TANAP) istismara veriləndən sonra dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqeləri daha da güclənəcək.Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.Qeyd olunub ki, Türkiyə həmişə bu layihənin reallaşdırılmasına nikbin yanaşıb: "TANAP-a heç vaxt hansısa layihənin alternativi qismində baxılmayıb. Öz növbəsində, Transanadolu qaz kəmərinin başqa alternativi yoxdur".
yap.org.az