İqtisadiyyat

  • 4 013

Eldar İbrahimov: "Artıq 18 rayonda torpaqların elektron kadastr uçotu yekunlaşıb"

image

“Torpaq kənd təsərrüfatında ən vacib vasitələrdən biridir. Ondan düzgün istifadə etməklə ərzaq təhlükəsizliyini təmin etmək mümkündür”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Məclisdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məclisin Aqrar siyasət komitəsində “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimatda çıxış edərkən deyib.O bildirib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır.Onun sözlərinə görə, bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb: “Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir. Bu isə bələdiyyə torpaqlarının daha səmərəli idarə edilməsinə imkan verir”.Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti haqqında müsbət fikilərini bildirən E.İbrahimov söyləyib ki, əvvəllər insanlar çıxarış almaq üçün çətinlik çəkirdisə, hazırda vətəndaşlarımız rahat şəkildə elektron vəsaitlərdən istifadə etməklə çıxarışlarını əldə edə bilirlər.

sia.az

Digər xəbərlər