İqtisadiyyat

  • 3 728

ABŞ-Xəzər Biznes Forumu keçiriləcək

image

Sentyabrın 25-də Xəzər Siyasət Mərkəzi tərəfindən ABŞ-Xəzər Biznes Forumu təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, ABŞ-ın siyasi və biznes liderləri və Transxəzər koridoru ölkələrinin nümayəndələrini Nyu-Yorkun Harvard Klubunda bir araya gələrək Xəzər regionundakı layihələr üçün maliyyə imkanlarını nəzərdən keçirəcək, bank sektoru, investisiya və tənzimləyici çərçivələri və regionun iqtisadi və siyasi gələcəyini müzakirə edəcək.ABŞ və Transxəzər ölkələri arasında yaranan strateji tərəfdaşlıqlara əsaslanan Xəzər Biznes Forumu həm ABŞ, həm də Xəzər regionu ölkələrindən olan biznes icmalarına fayda verə biləcək imkanlar yaratmaq üçün aparıcı platforma təqdim edir.Xəzər Siyasət Mərkəzi forumda biznes, investisiya və maliyyə imkanları mövzularında danışmaq üçün Xəzəryanı ölkələrin yüksək rütbəli dövlət rəsmilərini və özəl sektor və nazirlik səviyyəsində nümayəndələri dəvət edib.Dövlət Departamentinin, Ticarət Nazirliyinin və Amerikanın Xaricdə Fərdi İnvestisiyalar Korporasiyasının (OPİK) yüksək səviyyəli nümayəndələrinin forumda çıxışı gözlənilir. Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası və Xəzəryanı ölkələrin səfirlikləri forumun birgə təşkilatçılarıdılar.

sia.az

Digər xəbərlər