İqtisadiyyat

  • 4 818

Eldar İbrahimov: Aqroparkların istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artmasına böyük təsiri olacaq

image

“Ölkəmizdə formalaşan müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd təsərrüfatının dinamik və davamlı inkişafını təmin etmək üçün idxaldan ixraca transformasiyanın təmin edilməsidir. Yəni ölkənin daxili tələbatını tam ödəməklə məhsulun ixracını həyata keçirib valyuta ehtiyatlarını artırmaqdır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bunun üçün ölkəmizdə çox böyük imkanlar mövcuddur. Bu məqsədlə aqroparkların yaradılması olduqca vacibdir. Aqroparklarda məhsul istehsalı ilə yanaşı həmin məhsulların emalı, qablaşdırılması, daxili və xarici bazarlara çıxarılması və digər lazımi proseslər həyata keçirilir. Hazırda ölkəmizdə 192 min hektar sahədə 45 aqroparkın yaradılması prosesi gedir və onlardan dördü artıq fəaliyyətə başlamış və ilin sonuna kimi açılan aqroparkların sayı 13-ə çatacaq. Aqroparkların istifadəyə verilməsi respublikamızda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsinə, bu məhsulların ixrac potensialının inkişafına və qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun xarici tiicarətinin genişlənməsinə çox böyük təsiri olacaq.
“Müasir şəraitdə ölkə əhalisini bütün il boyu təzə kənd təsərrüfatı məhsulları ilə təmin etmək və bu məhsullarla xarici bazarlara çıxmaq üçün logistik mərkəzlərin tikintisinə böyük əhəmiyyət verilir. Bu barədə Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz əvvəlki dövrlərdə bölgələrdə logistik mərkəzlərini əsasən məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün tikirdik. Ancaq bizim ixrac potensialımızın artması bölgələrdə böyük logistik mərkəzlərin tikilməsini tələb edir. Artıq Şəmkir rayonunda belə bir mərkəz yaradılıb və daha üç böyük logistik mərkəzinin respublikamızın Aran, şimal və cənub bölgələrində tikilməsinə ehtiyac vardır. Kənd təsərrüfatında həyata keçirilən ən mühüm tədbirlərdən biri olan idxaldan ixraca transformasiyanın təmin edilməsinə sənaye zonalarının tikintisinin genişlənməsi də öz müsbət təsirini göstərəcək. Belə ki, Nefçala Sənaye Məhəlləsində dairəvi suvarma sistemləri, polietilen suvarma boruları, balıq yemi və balıq məhsulları istehsalı müəssisəsiləri fəaliyyət göstərəcək, Mingəçevir Yüksək Texnologiyalar Parkında isə bir neçə tekstil təmayüllü müəssisələr kənd təsərrüfatı xammalının son məhsuladək emalını həyata keçirəcəklər. Yalnız bu müəssisələrin işə düşməsi kənd təsərrüfatı məhsullarının becərilməsində istifadə olunan bir çox avadanlıqların, kənd təsərrüfatı məhsullarından hazırlananan malların və digər məhsulların idxalına son qoymaqla bir çox məhsulların ixracına şərait yaradacaq. Hazırda sənaye zonalarının genişləndirilməsi və hər bir rayonda yaradılması üçün geniş tədbirlər həyata keçirilir”-deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər