İqtisadiyyat

  • 3 829

"Büdcə zərfindəki göstəricilər daha da yaxşılaşıb"

image

“Azərbaycan Konstitusiyasına edilən dəyişiklikərə görə, dövlət büdcəsi 3 oxunuşda müzakirə ediləcək. Daha sonra onun qəbulu haqqında Milli Məclis qərar çıxaracaq”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.Ölkəmizdə uğurlu işlərin davam etdirildiyini deyən komitə sədri söyləyib ki, son 5 ildə görülən işlər mühüm rəqəmlərlə xarakterizə olunur.Z.Səmədzadə söyləyib ki, dünyada gedən qlobal proseslərə baxmayaraq, Azərbayan iqtisadiyyatı davamlılığını nümayiş etdirir: “Bu uğurun arxasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasəti dayanır. Dövlət büdcəsi də bu nailiyyətlərin əldə olunmasında mühüm vasitədir. Hökumət, eləcə də büdcənin hazırlanmasında iştirak edən qurumlar və strukturların kifayət qədər məsuliyyətli yanaşmalı ildən ilə büdcə zərfindəki göstəricilərin daha da yaxşılaşmasına səbəb olur”.Komitə sədri söyləyib ki, ölkəmizdə büdcə sistemi haqqında mühüm qərar qəbul edilib: “Bu qərarın nəticələri haqqında ətraflı məlumat veriləcək. Lakin deyə bilərəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında yeni büdcə sistemi ilə bağlı dəyişikliklər mühüm rol oynayacaq”.Ölkədə vergi sistemində mühüm addımların atıldığını dilə gətirən komitə sədri söyləyib ki, məhz görülən işlərin nəticəsi olaraq, növbəti ilin büdcəsindəki parametrlər bir neçə istiqamət üzrə daha da yaxşılaşıb: “Azərbaycanın nüfuzunun artıran əsas göstəricilərindən biri büdcədə şəffaflığını təmin edilməsi, kölgə iqtisadiyyatının azalmasıdır. Bütün bunlar 2019-un büdcəsində də yer alıb. Büdcə sistemində yeni meyarlar tətbiq edilib ki, bu meyarlar dövlət büdcəsinin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcək”.

sia.az

Digər xəbərlər