İntiqam Babayev: Ölkə gənclərini sahibkarlığa cəlb etmək və onların biznes ideyalarını daha da inkişaf etdirmək əsas məqsədlərimizdən biridir

“Ölkə gənclərini sahibkarlığa cəlb etmək və onların biznes ideyalarını daha da inkişaf etdirmək əsas məqsədlərimizdən biridir”. Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, onların fəaliyyəti üçün əlverişli şərait yaradılır.
“Həyata keçirilən islahatlarda gənc sahibkarların da xüsusi yeri var. Bu yöndə reallaşdırılan layihələr gənclər arasında məşğulluğun təmin olunmasına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, gənclər siyasətinə də mühüm töhfədir. Əminəm ki, “Yeni nəsil” gənc sahibkarlara dəstək layihəsi də uğurlu olacaq”, - deyə nazir müavini vurğulayıb.

yap.org.az