İqtisadiyyat

  • 4 183

Ziyad Səmədzadə: İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir

image

“İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi Azərbaycan Prezidentinin daim diqqətindədir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.Z.Səmədzadə bildirib ki, ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması yönündə mühüm addımlar atılır. Onun sözlərinə görə, bu prosesdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ciddi rol oynayır.“Dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir”-deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər