İqtisadiyyat

  • 3 399

"Uşaqlarla bağlı müavinətlərin artırılmasına yenidən baxılması gündəmdədir"

image

“Prezident İlham Əliyev 2019-ci ili sosial təminat məsələləri baxımından önəmli il adlandırıb. Həqiqətən də iki ay müddətində bu istiqamətdə köklü, inqilabi addımlar atılıb ki, bu da əhalinin güzəranın yaxşılaşdırılmasına hesablanıb. Bura minimum əmək haqlarının, pensiyaların, Qarabağ əlillərinin müavinətlərinin, tələbələrin təqaüdlərin artırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar daxildir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu gün keçirilən iclasda çıxış edərkən deyib.O bildirib ki, həllini tapan problemlərlə bağlı komitə iclaslarında vaxtaşırı olaraq gündəmə gətirilib: “Bildiyiniz kimi 0-18 yaşa qədər I qrup əlillərə qulluğa görə 50 manat, analara uşaq dünyaya gətirilməsinə görə müavinətin artırılması ilə bağlı komitə iclaslarında səslənən fikirlər öz həllini tapdı. Bu gün bizi incidən məqam komitədə təklif olunan təkliflərin mətbuatda təhrif olunmasıdır”.H. Rəcəbli söyləyib ki, bu gün uşaqlarla bağlı müavinətlərin artırılmasına yenidən baxılması gündəmdədir: “Bu məsələlər zaman-zaman öz həllini tapır. Bu gün prezident İlham Əliyevin tapşırığı ilə uşaqlara müavinətin artırılması istiqamətində addımlar atılır”.

sia.az

Digər xəbərlər