İqtisadiyyat

  • 3 399

Məmməd Musayev: Region sahibkarlığının inkişafı artması ölkəmizin ümumi tərəqqisinə mühüm töhfələr verəcək

image

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaqdır. Eyni zamanda, məqsəd qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla “Made in Azerbaijan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır”. Bu fikirləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən əsas islahatların başlıca hədəflərindən biri Azərbaycanda sahibkarlığı inkişaf etdirməkdir. Onun sözlərinə görə, son illərdə hər birimiz müasir tələblərə cavab verən infrastrukturun yaradılmasının, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlamasının, sahibkarlığın dəstəklənməsinin şahidiyik.
“Ölkəmizdə bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Statistik məlumatlara əsaslansaq, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 min 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir. Əlbəttə, bu, sevindirici haldır və regionların inkişafı, region sahibkarlığının faizinin artması ölkəmizin ümumi tərəqqisinə mühüm töhfələr verəcək”- deyə, M.Musayev qeyd edib.

yap.org,az

Digər xəbərlər