İntiqam Babayev: Azərbaycan gəncliyi ölkədə gedən bütün proseslərdə fəal iştirak edir

“Prezident İlham Əliyevin siyasətində insan kapitalının önə çəkilməsi mühüm yer tutur. Bu gün gənclərimizin intellektli, bilikli və savadlı olması üçün bütün addımlar atılır”. Bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi, onlar arasında sahibkarlığın təşviq edilməsi istiqamətində vacib işlər görülür.
“Bütövlükdə, Azərbaycan gəncliyi ölkədə gedən bütün proseslərdə fəal iştirak edir. Hər bir dövlətin gücü onun intellektual potensialındadır. Bu potensial isə elm və təhsilin hesabına formalaşır. Ona görə də, əmək bazarının tələbinə uyğun mütəxəssis kimi yetişmək üçün fundamental biliklərə yiyələnmək vacibdir”-deyə, nazir müavini qeyd edib.

yap.org.az