Naxçıvan şəhərindəki yaşayış binaları əsaslı təmir olunur

Gündən-günə gözəlləşən Naxçıvan şəhərindəki bəzi binalarda yenidənqurma işləri aparılır. Xəbər verilir ki, Əliqulu Qəmküsar küçəsində 11 nömrəli yaşayış binasında artıq yenidənqurma işlərinə başlanılıb. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan yaşayış binasında hazırda söküntü işləri aparılır. Binada rabitə və elektrik xətləri də yenilənir.Naxçıvan şəhərinin Nizami Gəncəvi küçəsində 40 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidən qurulan 40 nömrəli yaşayış binasının təmirində nəzərdə tutulmuş əsas inşaat tədbirləri yekunlaşdırılıb. Dam örtüyü, qapı və pəncərələr dəyişdirilib, fasad hissəyə milli ornamentlərə uyğun travertin üzlüklər çəkilib, bütün kommunikasiya xətləri təzələnib, dəhlizlərə üzlük plitələr düzülüb. Binanın həyətində hazırda abadlıq işləri görülür.

sia.az