Biləsuvarda tərəvəz sahələrindən 36 min tondan çox xiyar-pomidor yığılıb

Biləsuvarda bu mövsüm 16 min 87.7 hektar sahədə tərəvəz əkilib ki, bunun da 973.5 hektarı xiyar-pomidor sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün bu il plantasiyalarda məhsul ötən ildəkindən çoxdur.Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına vaxtında başlayan torpaq sahibləri indiyədək 454.5 hektar xiyar, 568.1 hektar pomidor sahəsindən, ümumilikdə, 36 min 287 ton məhsul toplayıblar. Bunun da 3 min 838 tonunu xiyar, 32 min 449 tonu isə pomidor təşkil edib. Xiyar sahəsində bir hektarın orta məhsuldarlığı 248.4, pomidor sahəsində isə 571.2 sentner olub. Hələ də sahələrdə məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra daha 6000 tondan çox məhsul toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
AZƏRTAC