İqtisadiyyat

  • 4 233

"Büdcənin təxminən 39 faizi sosial yönümlü sahələrə yönəlib" ÖZƏL-MÜNASİBƏT

image

"5 noyabr 2019-cu ildə ilk dəfə olaraq Milli Məclisin 5 komitəsi ilə birlikdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi oldu. Mən orada İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi iştirak edirdim". Bunu SİA-ya açıqlamasında millət vəkili Mirzəcan Xəlilov deyib."2019-cu ilin dövlət büdcəsindən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsi ilk dəfə olaraq manat hesabı ilə ən böyük büdcədir. Burada əsas diqqəti cəlb edən büdcənin sosial yönümlü olması, eləcə də qeyri-neft sektoruna üstünlük verilməsidir. Əsas gəlir mənbəyi kimi qeyri-neft sektoru üstünlük təşkil edəcəkdir. Burada başqa illərlə müqayisədə Neft Fondundan ayırmalar demək olar ki, sabit saxlanılıb. Hələ bu gələcəkdə azalmaya doğru gedəcək. Büdcənin formalaşmasında əsas güc vergi və gömrük orqanlarının üzərinə düşəcək. Əsas üstünlük bundan ibarətdir. Sosial yönümlü olmasına gəlincə isə ilk dəfə olaraq ümumi büdcənin təxminən 39 faizi sosial yönümlü sahələrə yönəlib"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər