Xəbərlər

  • 3 430

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

image

Avqustun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. DQİDK-nın mətbuat xidmətindən bildiriblər ki, tədbirdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan komitə sədri Mübariz Qurbanlı xalqımızı vahid ideologiya - Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu deyib.

M.Qurbanlı xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib. “İslam Həmrəyliyi İli” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən M.Qurbanlı Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.
Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva və Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovun hesabat məruzələri dinlənilib. Məruzələrdə komitənin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasının təşkili, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər, bölgədəki dini vəziyyət haqqında məlumat verilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Digər xəbərlər