Xəbərlər

  • 3 283

Bakıda veloyürüş keçirilib

image

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. SİA-nın məlumatına görə, Şəhidlər Xiyabanından start götürən veloyürüşə ümumilikdə 50-dən çox iştirakçı, o cümlədən federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin üzvləri və həvəskar velosipedçilər qatılıblar. Veloyürüş Fəvvarələr meydanında başa çatıb.Startdan əvvəl veloyürüş iştirakçılarını salamlayan gənclər və idman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Günü mübasibətilə onları təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən nazir bildirib ki, respublikamızda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla birlikdə dövlət əhəmiyyətli və əlamətdar günlərdə veloyürüşlər təşkil edir. Federasiya Dövlət Bayrağı Günü, Azərbaycan Gəncləri Günü, peşə bayramları günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə yürüşlər reallaşdırıb.

sia.az

Digər xəbərlər