Xəbərlər

  • 5 357

Ronaldo: "Növbəti oyuna hazırlaşacağıq"

image

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsində Mərakeşə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. 33 yaşlı hücumçu vacib 3 xal qazandıqlarını bildirib: "Uduzacağımız təqdirdə, qrupda qalmaq ehtimalı olduğunu bilirdik. Mərakeş qələbə üçün oynayırdı. Onlar çox dinamik, hərəkətli komandadırlar. Çətin oyun oldu. Xoşbəxtlikdən qələbə qolunu vurduq, mən fərqləndim. Praktiki olaraq pley-off yolunda vacib addım atdıq. Növbəti oyuna hazırlaşacağıq".Qeyd edək ki, Portuqaliya 3-cü turda İranla qarşılaşacaq. Matç iyunun 25-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

sia.az

Digər xəbərlər