Xəbərlər

  • 4 566

Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib

image

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib. SİA-nın məlumatına görə, 30 yaşlı referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub.Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Zalsburq" rəqibinin qapısından 3 cavabsız qol keçirib. Avstriya təmsilçisi qollardan birini penaltidən vurub.Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb. O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb.Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

sia.az

Digər xəbərlər