Xəbərlər

  • 4 057

UEFA-nın 40 nəfər işçi heyəti Bakıya gəlib

image

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. SİA-nın məlumatına görə, sentyabrın 14-dək davam edəcək səfər proqaramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

sia.az

Digər xəbərlər