Elşən Musayev: “Ermənistan bütün dünyadan təcrid olunub” AÇIQLAMA

“Ermənistan Azərbaycan torpaqlarını işğal edən gündən özünü (siyasi, iqtisadi) blokada da qoyub. Ermənistan düşünürdü ki, Rusiya onun arxasında sonadək dayanacaq amma görünən o oldu ki, bu belə olmadı. Hətta Ermənistanın bəzi lobbiçiləri olan dövlətlər də kənara çəkildilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindən sonra onların hərbi fiaskosu da ortalığa çıxdı: “İndi isə seçkilər dövrüdür və onlar eyforik vəziyyətdə qalıblar. Ermənistanda hələ də bilinmir ki, parlament üsul idarəsi onlara nə verəcək. Üstəlik işğalçı ölkənin qəyyumlarının da (Rusiyanın) başları seçkiyə qarışıb. Bir sözlə ermənilər bütün dünyadan təcrid olunublar. Bir qədər sonra Ermənistan Afrikanın ən bədbəxt ölkələrinə belə baxanda həsəd aparacaq. Biz bunu dəfələrlə demişik. Hər il Azərbaycanda Qafqaz dövlətlərində (Ermənistan istisna olmaqla) müəyyən layihələr həyata keçirilir. Halbuki o bədbəxtlərin ağlı olsa idi, vaxtında torpaqlarımızı qaytarsaydılar, bu iqtisadi layihələrə daxil olsaydılar, blokada vəziyyətinə özlərini salmasaydılar bu gün heç də vəziyyətləri pis olmazdı.Bu gün Ermənistanda həm siyasi, iqtisadi, məişət gərginliyi var həm də əhalinin panikası var. Ona görə də bütün bunları yavaş-yavaş onların özləri də başa düşür. Ermənistan nə qədər bu işğalçı, şərəfsiz siyasətini davam etdirsə, onun on, yüz qatı qədər rəzil duruma düşəcək. Bütün bunların hamısının səbəbi onların Qarabağda apardığı məkirli siyasətdir”.

sia.az