Siyasət

  • 4 535

Ağsuda “İlhamla irəli” seçki kampaniyasına möhtəşəm start verildi

image

2018-ci ilin 11 aprel tarixində keçirələcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 19 mart 2018-ci il tarixdə təbliğat – təşviqat kampaniyasına start verilib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağsu rayon şöbəsi təbliğat – təşviqat tədbirləri çərçivəsində namizədliyi YAP tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilən müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi başa çatdırılıb. Şəkillərin yapışdırılması hər qrupda 3 nəfər olmaqla 10 qrup tərəfindən həyata keçirilib.

yap.org.az

Digər xəbərlər