Siyasət

  • 4 142

Putin-Paşinyan görüşündən gözləntilər AÇIQLAMA-ÖZƏL

image

"Sentyabrın 8-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə bir sıra məsələlərlə yanaşı, çox güman ki, Dağlıq Qarabağ münaqişəsi əsas mövzulardan biri olacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Rusiya-Azərbaycan hərbi əməkdaşlığından Ermənistan hakimiyyətinin narahatlıq keçirdiyini deyən politoloq bildirib ki, düşmən ölkə yaxşı anlayır ki, bu əməkdaşlıq nəticə etibarı ilə Azərbaycanın güclənməsi, onların zəifləməsinə gətirib çıxaracaq.Politoloqun sözlərinə görə, Ermənistan güclənən Azərbaycan qarşısında acizdir: " Düşmən ölkənin əlindən heç nə gəlmir. Ermənistan üçün əsas silah satıcısı Rusiyadır. Ermənistan anlayır ki, Rusiyanın Azərbaycana üstünlük verməsi onlar üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq".Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskin şəkildə pisləşdiyini deyən İ. Vəlizadə vurğulayıb ki, hazırda ermənilər Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışsalar da, bu çətin olacaq: "Çünki, Rusiyanın onlar qarşısında müəyyən şərtləri var ki, ermənilərin bu şərtləri əməl etməsi çox çətin məsələdir. Bildiyiniz kimi son vaxtlar Ermənistan hakimiyyətinə anti-Rusiya qüvvələrinin təmsilçiləri gətirilib ki, qonşu ölkə onların hakimiyyətdə qalmasından narahatdır. Ermənistan hakimiyyəti iki ölkə arasında münasibətlərin korlanmayacağına dair müxtəlif vədlər verməsinə baxmayaraq, amma Rusiya buna inanmamaqla yanaşı, açıq mesajlarını göndərməkdədir. Rusiya üçün Paşinyan artıq qırmızı xətti keçib. Çünki, Rusiya Ermənistandan keçmiş hakimiyyət nümayəndələrinə qarşı təzyiq edilməməsini istəsə də, Paşinyan bunların heç birinə əmək etmədi. Paşinyanın köhnə siyasi elitaya qarşı repressiyaları Rusiyanın maraqlarına toxunmuş oldu. Koçaryan sərbəst buraxılsa da, ona qarşı istintaq davam edir. Putinin ilk dəfə olaraq istintaqı davam edən bir insana yəni Koçaryanla əlaqə saxlayıb, onun doğum günü münasibətilə təbrik etməsi göstərir ki, Rusiya kəskin şəkildə Ermənistanın siyasi müxalifətini dəstəkləyir və bu dəstəkdən çəkinməyəcək".Politoloq qeyd edib ki, hazırkı vəziyyətdə Ermənistan Rusiya münasibətlərində böhranın hökm sürdüyünü söyləmək olar: "Bu böhranın nəticələri Ermənistan üçün pis nəticələr verə bilər. Yaxın aylarda Rusiyanın Ermənistan verdiyi qazın qiymətini də qaldırması istisna edilmir. Bir sözlə Ermənistanı bütün mənalarda qarşıda soyuq qış gözləyir. Paşinyan buna tab gətirmədiyi bildiyini bilir və buna görə də Moskvaya gedərək Putinlə razılıq əldə etmək istəyir. Görünür Ermənistan hakimiyyəti güzəştlərə getməyə hazırdır. Lakin bu güzəştlərin nədən ibarət olacağını yalnız görüşdən sonra bilmək mümkündür".İ. Vəlizadə əlavə edib ki, bu ərəfələrdə Putinin Azərbaycana səfəri ilə bağlı xəbərlərin yayılması göstərir ki, Ermənistan hazırkı şəraitdə hansı addımı atsa da, Rusiya üçün Azərbaycan üçün münasibətlər daha önəmlidir: "Ermənistan bu məsələdə də acizdir. Rusiya bununla Ermənistan hakimiyyətinin siyasətində dəyişiklik edilməsinin vacibliyi ilə bağlı bir mesaj vermiş də olur".

sia.az

Digər xəbərlər