Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017- il ilə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. SİA xəbər verir ki, bu göstərici "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub.Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Gürcüstan yerini olduğu kimi saxlasa da, münaqişə vəziyyətində olduğumuz Ermənistan 9 pillə irəliləyib. Türkiyə ötən il ilə müqayisədə 1 pillə geriləyərək 9-cu pilləyə düşüb. İran isə 8 pillə irəliləyərək 13-cü yerə yüksəlib.Reytinqdə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti yenə də ABŞ-dır. Onun ardınca Rusiya, Çin və Hindistan qərarlaşıb.Dövlətlərin hərbi gücü müəyyən edilərkən 50 müxtəlif amil nəzərə alınır. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və s. amillər də diqqətdən keçirilir.