Sosial

  • 2 834

20 Yanvar faciəsi ilə bağlı məktəblilər ingilis dilində anım tədbiri keçiriblər

image

Daşkəsən rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi ilə bağlı ingilis dilində tədbir keçirlib. Tədbirə rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər qatılıblar. Təqdim edilən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İstedadlı şagirdlər ingilis dilində 20 Yanvar faciəsinin mahiyyətini özündə əks etdirən bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib, şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndiriblər.

Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən, onun verdiyi tarixi dərslərdən bəhs edən dərin məzmunlu nitq söyləyib: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Təhsil Nazirliyinin son illərdə ölkəmizdə apardığı irimiqyaslı təhsil islahatları, təhsil müəssisələrinin yenidən qurulması, infrastukturunun müasirləşdirilməsi tədbirləri Daşkəsəndə də öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, bu gün şagirdlərimizin təhsil almalarında, gələcəkdə yüksək təhsilli, müasir dünyagörüşlü vətəndaşlar kimi formalaşmalarında heç bir problem və çətinlik yoxdur. Azərbaycan hüquqi və dünyəvi demokratik ölkədir. Bütün sürətli inkişafa,qazanılan uğurlara və zəngin intellekti olan müasir gəncliyin yetişməsinə görə yüz illərə hesablanmış Ümummilli Liderimiz Heydər Əliyev siyasətinə, dühasına borcluyuq. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanda yaşayır və qalib gəlir."

Samir

Digər xəbərlər