Sosial

  • 3 686

“Azərbaycan: Avrasiyaya yeni körpü”

image

6-7 dekabr 2017-ci ildə Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov qonaqları salamladı və ölkə başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlat, beynəlxalq nəqliyyat dəhlizlərinin reallşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verdi.Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyi ilə keçən tədbirdə Azərbaycan Dəmir Yollarının regional intermodal daşımalarda rolu; Azərbaycanın tranzit potensialı: Avrasiyaya inteqrasiya yönündə Azərbaycanın hab kimi rolu; Qırğızıstan Respublikasında dəmir yolunun inkişafına dair ümumi məlumat; Trans-Qafqaz və Xəzər dənizi daşımalarının konteynerləşdirilməsi; Qərbi Çinin Yeni İpək Yolu vasitəsi ilə Qərbi Avropaya birləşdirilməsi; Cənubi Qafqaz nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmələri; İqtisadi inkişaf üçün sərmayə və əməkdaşlıq; Nəqliyyat innovasiyaları və qarşılıqlı əlaqə; Yeni inteqrasiyalaşdırılmış dəmir yolu dəhlizlərinin yaradılması; Tehran metrosunun yenilənməsi; Yüksək sürətli qatarlarda yenilik və rəqəmsallaşdırma: açıq havada ilk yüksək sürətli qatar; Yüksək sürətli dəmir yolu nəqliyyatının davamlılığı və əlaqəli amillər; Dəmir yolunda kibertəhlükəsizlik risklərinin idarə olunması; Davamlılıq, dəmir yolunda yeni və bərpa olunan enerji mənbələri və digər məsələlər müzakirə olunur.Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Xəzər Dənizi və Mərkəzi Asiya Dəmir Yolu tədbiri, təkcə regional bazarlardan nəqliyyat nazirlərini bir araya gətirməyəcək, o həm də dəmir yolunun inkişafına məsul şəxsləri, nəqliyyat operatorlarını, hökumət nümayəndələrini, podratçıları və təchizatçıları sərnişin və yük daşıma layihələri üçün strategiya, texnologiya və innovasiya barədə danışmaq üçün dəvət edəcək.Xəzər və Mərkəzi Asiya Dəmir Yolu tədbiri, Xəzər, İran və Mərkəzi Asiya hökumətləri ilə birgə həyata keçiriləcək yeganə dəmir yolu hadisəsi olmaqla yanaşı, regional və beynəlxalq hökumət nümayəndələrinin iştirakı baxımından digər regional dəmir yolu tədbirlərindən fərqlənir.Tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, İraq, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistanın və digər ölkələrin nəqliyyat nazirliklərinin, dəmir yolu şirkətlərinin, eləcə də özəl qurumların nümayəndələri iştirak edir.

sia.az

Digər xəbərlər